Miro - Sonu Var Lyrics

Lyrics Sonu Var - Miro



Oturaq gəl
Dərdlərimizi bölüşək
Gəl vaxtımız olmadığı
Bir gündə görüşək
Unut, getsin
Sevə bilmədik onsuz, eşqim
Ola bilmədi heç kimin heç kim
İnan, hər kəsin öz yolu var
Ürəyi deşdik
Elə bir qarmağa biz ilişdik
İkimiz bir anda dəyişdik
Gözəl hər şeyin bir sonu var
Gedən ömrümü
Saçlarında düzərəm
Mən sənsizliyimlə
Ölmərəm ki, dözərəm
Şahı gəlsin
Bu ürək səni heç vaxt unutmaz
Əlim başqa bir əli daha tutmaz
Sevən adamın bir yolu var
Otur, ağla
Axı başqa cür heç ovutmaz
Ürək göz yaşlarımızı udmaz
Betər hər şeyin bir sonu var
Elə gedərəm
Tozum olmaz geridə
Məni canan bir daha
Görə bilməz yenidən
Buralar mənə
İndi bir məzar qədər dardır
Buranı mənə dar edən o yardır
Geri dönməyin bir yolu var
Biri getsə
Biri arxasınca çağırardı
Biri olmayanda biri vardı
Hər nağılın bir sonu var
Güvəndiyim dağlar
Başında qar
Köksümdə neçə xəncər
Neçə dağ yeri var
İndi Allah
olar, qoy səsimi eşitsin
Qəlbimdəki bu alovu bilsin
Yanıb-alışan bir qulu var
Dönən dünya
Bir anlıq bu tarazı itirsin
Bütün hər kəs daha bunu bilsin
Yalan ömrün bir sonu var
İndi Allah
olar, qoy səsimi eşitsin
Qəlbimdəki bu alovu bilsin
Yanan-alışan bir qulu var
Dönən dünya
Bir anlıq bu tarazı itirsin
Bütün hər kəs daha bunu bilsin
Yalan ömrün bir sonu var




Miro - Sonu Var - Single
Album Sonu Var - Single
date of release
04-12-2024




Attention! Feel free to leave feedback.