Mirzə Babayev - Qurban Adına Lyrics

Lyrics Qurban Adına - Mirzə Babayev



Qurban adına
Bir sal yadına
Sənin oduna, a gülüm
Yandım, bilmədin
Yetər qüssə, qəm
Mən səni hərdəm
Könlümə həmdəm, a gülüm
Sandım, bilmədin
Gərək biləydin
Deyib-güləydin
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədin
Nədir bu hicran?
Səni hər zaman
Əziz, mehriban, a gülüm
Sandım, bilmədin
Şirin sözünü, gülər üzünü
Ala gözünü, a gülüm
Andım, bilmədin
Gərək biləydin
Deyib-güləydin
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədin
Ömrümün gülü
Könlümün gülü
Sevdiyim ili, a gülüm
Andım, bilmədin
Ellər gözəli, səni görəli
Çiçəyi, gülü, a gülüm
Dandım, bilmədin
Gərək biləydin
Deyib-güləydin
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədin
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədin



Writer(s): Seid Rüstemov, Süleyman Rüstem


Mirzə Babayev - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date of release
12-09-2023




Attention! Feel free to leave feedback.