Mübariz Tağıyev - Ulu Tanrım Lyrics

Lyrics Ulu Tanrım - Mübariz Tağıyev



Ötdü neçə fəsil, ötdü bahar, qış
Ömürdən günləri bir-bir azaltdım
Sən demə, həsrətin sonu varmış
Müqəddəs bir yerdə vüsala çatdım
Həsrətdən ürəyim tutmuşdu qubar
Sənə qurban olum, ay ulu Tanrım
Vüsalın önündə açıldı yollar
Sənə qurban olum, ay ulu Tanrım
Həsrətdən ürəyim tutmuşdu qubar
Sənə qurban olum, ay ulu Tanrım
Vüsalın önündə açıldı yollar
Sənə qurban olum, ay ulu Tanrım
Sənsizlik od tutub yandırır məni
Bu həsrətli anlar necə əzabmış
Çox çətin qovuruq qüssəni, qəmi
Sən demə, ömrümüz bir iztirabmış
Həsrətdən ürəyim tutmuşdu qubar
Sənə qurban olum, ay ulu Tanrım
Vüsalın önündə açıldı yollar
Sənə qurban olum, ay ulu Tanrım
Həsrətdən ürəyim tutmuşdu qubar
Sənə qurban olum, ay ulu Tanrım
Vüsalın önündə açıldı yollar
Sənə qurban olum, ay ulu Tanrım



Writer(s): Ismayıl Dadaşov, Oqtay Rəcəbov


Mübariz Tağıyev - İfalar (Vol. 2)
Album İfalar (Vol. 2)
date of release
28-12-2023




Attention! Feel free to leave feedback.