Mübariz Tağıyev - Analara Etibar Edin Lyrics

Lyrics Analara Etibar Edin - Mübariz Tağıyev



İnsanlar düşünün, saysız olurlar
Məzarı bilmirik, haradasa batır
Amalı vətənə məlum olanlar
Hələ yer altında naməlum yatırlar
Fikirlər ilişib yüz sərhəd boyu
Amallar baş-başa orada dəyibdir
Hələ narahatam, bir məqsəd boyu
Dünyanın taleyi köklənməyibdir
İnsanlar düşünün, saysız olurlar
Məzarı bilmirik, haradasa batır
Amalı vətənə məlum olanlar
Hələ yer altında naməlum yatır
Göstərin hamıya insan bağını
Dünya səksəkəli, qulağı səsdə
Çağırın ellərin yığıncağını
Naməlum əsgərin məzarı üstə
Yatmış şagirdləri bir yad edin
Bir yad edin, bir yad edin
Əgər bu gəlməsə yerin karına
Onda yer üzünü etibar edin
Dünyanın oğulsuz analarına
Əgər bu gəlməsə yerin karına
Onda yer üzünü etibar edin, etibar edin
Dünyanın oğulsuz analarına
Dünyanın oğulsuz analarına
Etibar edin, etibar edin
Dünyanın oğulsuz analarına
Dünyanın oğulsuz analarına



Writer(s): Davud Nəsib, Rafiq Babayev


Mübariz Tağıyev - İfalar (Vol. 2)
Album İfalar (Vol. 2)
date of release
28-12-2023




Attention! Feel free to leave feedback.