Nadir Qafarzadə - Qurban Verərdim Lyrics

Lyrics Qurban Verərdim - Nadir Qafarzadə



Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
O çağlar necə mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
Biz elə ayrıldıq ki, səninlə, ey gül
Bir ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik
O çağlar necə mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
O çağlar necə mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
O çağlar necə mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim



Writer(s): Elza Ibrahimova, Rafiq Zəka Xandan


Nadir Qafarzadə - İfalar, Vol. 3
Album İfalar, Vol. 3
date of release
01-03-2022




Attention! Feel free to leave feedback.