Nadir Qafarzadə - Mən Sənin Yanına Qışda Gəlirdim Lyrics

Lyrics Mən Sənin Yanına Qışda Gəlirdim - Nadir Qafarzadə



Mən sənin yanına qışda gəlirdim
Çiçək axtarırdım, gəzdim hər yanı
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb bir dibçəkdən axır ki, dərdim
Tapıb bir dibçəkdən axır ki, dərdim
Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Dəstə bağlamadım, nəyə gərəkdir?
Bax, budur, nərgizlə doludur ləklər
Lalənin ətrini yayır küləklər
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Əzizim, onları qoparmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim, ancaq
Bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə



Writer(s): Elza Ibrahimova, əliağa Kürçaylı


Nadir Qafarzadə - İfalar, Vol. 3
Album İfalar, Vol. 3
date of release
01-03-2022




Attention! Feel free to leave feedback.