Okaber - Ruh Batalyonu Lyrics

Lyrics Ruh Batalyonu - Okaber




Gücümüz qalmayıb qaldırmağa bir cənazəni
Qan axan çiyinlər apara bilmir dəmir mafəni
Son məsafəni görüb, çarmıxı vurub əlimə
Məkkədən Mədinəyə, Nazaretdən Yerusəlimə
Gecələr tonqal qurub yandırıram xatirələri
Ruhən fahişə olub da, cismən bakirələri
Qismən faciələri göz yaşında boğ getsin
Sənə öyrədilən budur, hara gəldi, sox getsin
Əqidəm düz, ya da səhv, ölsəm, dönmərəm
Bilsəm, dönən yoxdur, heç görsəm, ölmərəm
Tökdüyünüz qan qədər tökməyə var qan bizim
37-nin hesabını ver, sonra danışaq kommunizmdən
Bura yalanlar ölkəsi
Bura Zeytgeyts-ə baxıb ateist olanlar ölkəsi
Buranın Məhəmmədi "неправ" Mamedi "прав"dır
Ermənini söyənin sevdiyi veriliş "Comedy Club"dır
Efir çəmənlikdir, hər gün söyüşən qoyunlar
Burada insanın nəslini kəsib ona heykəl qoyurlar
Polislər möhkəm vururlar, polislər "rapkilla"
Deputatlar mumiyalanıb, məmurlar "Godzilla"
Çatlasın beyin, tutulsun dil, partlasın bağır
Bizim üstümüzə yaltaqlıq yuxarıdan yağır
Həyat boğar zəifləri, öldürər gücsüzləri
üzlü insanları anladım, üzsüzləri
Ona görə də, bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ deyin
Bütün "show"lar eyni, "Madhouse show" fərqli
Bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ deyin
Bütün "show"lar eyni, "Madhouse show" fərqli
Ətraf çirkaba döndükcə şeir ədəbiləşir
Şair əsəbiləşir: "Görən, varmı əbədi bəşər?!"
Dahilər əbədiləşir, insanlar unudurlar
Yarpaq var, özü quruyur, yarpaq var, qurudurlar
Ömür gətir-götür
Mən görüb-götürmüşəm
Sən çəkib ötür yazılarımı
Hədəfi tətik sökür
İnsan ətin tökür bir gün
Görəndə ki əlini rəqib öpür
Həyatımıza haram qatın, atın, zibilə döndərin
Mənim bədənim soyuğa öyrəşib, məni Sibirə göndərin
Manqurtun başına keçi dərisi tikib "дебил"ə döndərin
Dayazda boğulmursan, fəlsəfəmin dibinə göndərim
Buranın gədələrindən yoxdur
Mənim travmalarım zədələrimdən çoxdur
Hara baxırsınız?!
Ermənidən betər olan gündən qara yaxırsınız
Bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ deyin
Bütün "show"lar eyni, "Madhouse show" fərqli
Bizim yol fərqli
Qaraqan, Ali Khayyam, Okaber, RG
Əgər götürməzsə beyin, onda siz hələ deyin
Bütün "show"lar eyni, "Madhouse show" fərqli




Okaber - Ruh Batalyonu - Single
Album Ruh Batalyonu - Single
date of release
13-11-2014




Attention! Feel free to leave feedback.
//}