Orkhan Zeynalli - Yadımda Deyilsən Lyrics

Lyrics Yadımda Deyilsən - Orkhan Zeynalli



Are you really here or am I dreaming
I can't tell dreams from truth
For it's been so long since I have seen you
I can hardly remember your face anymore
Üzün yadımda deyil artıq, yəqin illər keçdikcə
Bu şəhər səni alıb içinə, sən artıq adi sakin
Bir unutmaqlıq sevgi, ya bir sevgilik həyat
qədər əbədi sevgidən yazdım, sonda unutdum lakin
Bu xaraba yarımadanın tarix olmuş küçələrində
Bir gün divarlar sökülür, bir gün arzular
Üzüvün birgə cizgisini yadıma salsalar
Soyumuş qəlb üşüdər şəhəri, yarpaqlar solar
Əlimizdən tutub bizi keçmişə aparsalar
Deyərəm sən get mən gəldim bəlkə keçmişdəki mənlə
Xoşbəxt ol, mənsə olum gələcək səhv
Deyərsən zamanı aldatdıq, birdən soruşsalar
Səsin yadımda deyil artıq, bir gün zəng etsən
Adını de sonra sus, coxluqda ite bilersen
Ya da ki fərq etməz birdən özunə dərd etsən
Adın yadımda deyil artıq adını deməyə bilərsən
If you want me satisfy me
If you want me satisfy me
Unudulur ilk öpüş, unudulur etiraflar
Unudulur ilk görüş, görüş yeri məkanlar
Yaddan çıxmaz doğmalar deyirdik bir vaxtlar
Unudulmuş gör nəqədər insan var ətrafda
Unudulub titrəyən səs artıq o səs əsmir
Üşütmür Bakı küləyi də, artıq o sərt əsmir
Unudulur yaxşılıqlar, unudulur çox sağollar
İnanmazdım vaxtsa yaddan çıxacaq sığallar
Unudulur unutmaqçün atılan addımlar da
Unutdurmaq üçün bir neçə saatlıq qadınlar da
Yaddan çıxıb artıq yataqda səhv düşən adlar da
İllərin yaddaşı indi ancaq rəfdəki şərablarda
Unudulur verilən sözlər, ilk gün kimi
Sönür gedir hisslər, solub gedən ilk gül kimi
məndən heç gözləməyin, qələm həmin ki deyil artıq
Hansı mahnı, kimə yazılıb yadımda deyil artıq
If you want me satisfy me
If you want me satisfy me



Writer(s): Markéta Irglová


Orkhan Zeynalli - Singles (2009-2015)
Album Singles (2009-2015)
date of release
01-12-2014




Attention! Feel free to leave feedback.