PRoMete feat. Rövşən Nicat - Gün Doğsa - From "Ikinci Pərdə" Lyrics

Lyrics Gün Doğsa - From "Ikinci Pərdə" - PRoMete feat. Rövşən Nicat



Bənd 1 (PRoMete)
Əlimizdə, dilimizdə görünməz qıfıllar var,
Üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar,
Beynimiz sonsuz otaqlar amma bu otaqlar da dar,
Biraz utansaq susarıq di gəl ki, çəkirik car.
Nəyə təəccüb, nəyə heyran, itib əvvəli sonu
Nəfəs kəsir həyatlar, ölüm gəzir kənar,
Deyəsən çox uzanır yol sonda yoxdur işıq
bitir qış soyuqları, gəlir isti bahar
Bənd 2 (Rövşən Nicat)
Qəfil gün doğsa bir gecə,
Dünya qəfil işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Qəfil gün doğsa bir gecə,
Dünya düm işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
Kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
Kimlərin evindən çıxır.
Bənd 3 (PRoMete)
Çətindi bağırmaq bu qədər səs küyün içində
Gərəkdir hər bir şeyə təqdimat fərqli biçimdə
O qədər sadədir hər şey, o qədər gözdən düşmüş
Sözləri sətirləri çıxmadan boğuram içimdə
Kürəyi balta yeməyən bilməz ki, bel ağrısın
Yalana tuş gəlməyən bilməz ki, yel ağrısın
qədər mən sevənik biz qədər məndən uzaq,
Mənə ağrımıram ağrısa el ağrasın
Küləklər sovurdu qorxunu artıq yoxdu qorxaq
Qəribədi amma ki səsi yoxdu heç kəsin
Pərdələr enibdir çoxdan bir çətin qalxa
Qorxuram bizim nəsil bunu bir daha görməsin
Göllərin dama dama olduğunu unudanlar,
Sonda həmin o damcılarda boğularlar,
Mütləqdi dəyişməsi yerinin ağın qaranın
Batanda Günəşlər ulduzlar doğularlar.
Bənd 4 (Rövşən Nicat)
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
Ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
Bu dünyadan qaçar bəlkə
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
...Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...



Writer(s): Rövşən Nicat əliyev


PRoMete feat. Rövşən Nicat - Gün Doğsa (From "Ikinci Pərdə")
Album Gün Doğsa (From "Ikinci Pərdə")
date of release
22-10-2017



Attention! Feel free to leave feedback.