Pranga - Pandora Lyrics

Lyrics Pandora - Pranga




Bu mahnını sənə qara zirzəmilərdən yazıram
Yelkənsiz gəmilərdən yazıram
Tənhalıq tək Allaha məxsusdur
Deyənlərə gülürəm
İndi bilirsən, buralar çox dərindir
Ölürəm indi mən bu yolda
Məndən əvvəl ölənlər kimi
Adi insanlara necə anladım axı bu sevgini?
Necə deyim axı, bu insultlara dözmək nədir
Gecələr qartal olub vətən səmaların da süzmək nədir
Onlar anlamaz məni, nəyə gərəkdir
Karlar ölkəsində bəstəkar, ya ölümlülər dünyasında laməkan?
Susmasan, dar ağacımda sallanar bədənin
Bura milyonçular ölkəsi, dilənçilər vətəni
Bura Bakıdır, buranı gələn sökür, gedən tikir
Bura köhnə qara daxmaların üstünə göydələn tikir
Gəl, kommunist, danışım sənə
Nələr verib rus bizə: 13, 28, 37, 92!
Bizi bağışla, HOST, bacarmadıq, yandıra bilmədik
Buranın fahişələri bədənini, məmurları ruhunu satır
"Дубинка", repressiya, susmayanın başını batır
Buranın nefti "Neftçilər"-indən bahadır
Yanıram, ana!
Şəhidəm, bulaşıb hər yanıma qan
Bu xalqın uğrunda şəhid olmağa
Belə utanır adam
Çapan-çapdı, satan-satdı
Gedən yenə torpaq oldu
villadan şəhid çıxdı
ki vətən sağ oldu
Fəryad elə
Qara gecələr ruhlara fəryad elə
Yas saxla şəhidlərimə
Göz yaşınla yad elə
Canavarlıq ruhda
Ya da elə qanda olar
Məni şeirlərimlə yad elə, Pandora
Ciyərlərim təngnəfəs
Qabar-qabar pəncələrim
Yayılırıq şəhərə, vəba, epidemiya, taun
Xasay Mayor, Xaqan Ruhi, Şubay Cavan, Tuncer Ali Ruhi
"Jupiter Shady Records", "Kadıköy underground"
Ölüm necə saçlarınla eyni dadır
Sol yanımda xatirələrinin meyiti yatır
Hər kəs atır sən öldün öləli, müharibələr, dayan
Mənəm bu ölkənin ən ağır şeriyyəti
Gələn vurur, gedən satır
Bilmirəm ki, nədən satır?
Aşağıdakılar bədən satır
Yuxarıdakılar vətən satır
Mən görmədim tək qalanda
Meydanda bunlardan
Artıq uduzmuşam ruhumu
Şeytanla qumarda
Hissiyyatsızam özümü təkliyə öyrədəndən
Çiyin-çiyinə savaşdığım hər kəs atıb gedəndən
Səndə kədərlərini qalın geyin, qış gəlir
Zaman ötdükcə can dostlarım eləcə tanış gəlir
Mənə belə öyrədiblər ki, gərək, yıxılsa, tez kişi dursun
Kişinin biləklərinə qandalı, gərək, elə kişi vursun
Yığışır süfrəmə qurdlar, soyuqdur çox bu tərəf
Qardaşım, bilirsən, çoxdur şərəf yoxsulu
Dostun dağıdıb postunu
Çoxusunu pozdum, kinimi qusdum
İtirirəm yavaş-yavaş əlimi, qolumu
Bu, "lycanthropic" mеtamorfozdur
Çürüdüb döş qəfəsimi Tanrı
Nəfəsimi ciyərlərimə haram edir
Davam edir 37! Biz tərəfdə müharibə davam edir
Yanıram, ana!
Şəhidəm, bulaşıb hər yanıma qan
Bu xalqın uğrunda şəhid olmağa
Bеlə utanır adam
Çapan-çapdı, satan-satdı
Gedən yenə torpaq oldu
villadan şəhid çıxdı
ki vətən sağ oldu
Fəryad elə
Qara gecələr ruhlara fəryad elə
Yas saxla şəhidlərimə
Göz yaşınla yad elə
Canavarlıq ruhda
Ya da elə qanda olar
Məni şeirlərimlə yad elə, Pandora





Attention! Feel free to leave feedback.