Pranga - Parisə Salam de Lyrics

Lyrics Parisə Salam de - Pranga




İnanmazdım, 6 il keçər
vaxtsa hekayəmizdən 24 fəsil keçər
Unut, gedim, heç olmadım, bil, keçər
Gözlərinin yaşını sil, keçər
Elə məftillər var ki, onları sökmək olmur
Elə sevgilər var ki, kağıza tökmək olmur
Küləklər əsməyəndə dalğalar dənizdən bezər
Paris gözəl idi, sənsə Parisdən gözəl
Binaların damları biz azad quş kimi
Gözlərin dəniz, baxışların soyuq qış kimi
Balaca əllərin isidərdi soyuq ruhumu
Dəli kimi rəqs edərdik dərdimiz azmış kimi
Yadımdadır, Şanzelize necə gözəl görsənərdi
Küçələr, musiqi, payız kitab ətri
Yorulmazdıq heç, səkilər bezərdi bizdən
İndi təkcə bu mahnı yadigardır Parisdən
Au revoir, Seniorita
Tu me manques
Les passants
N'oublie pas
Parisə salam deyərsən
Darıxmışam sizdən ötrü
Səndən, sevgidən
Bir Parisdən ötrü
Au revoir, Seniorita
Tu me manques
Les passants
N'oublie pas
Parisə salam dеyərsən
Darıxmışam sizdən ötrü
Səndən, sevgidən
Bir Parisdən ötrü
Perronlar islanır yenə
Deyirlər ki, payız vidaların fəslidir, qadın
Yağış çırpılır pəncərəsinə vaqonumun
Ağrı verir izləmək bu hekayənin sonunu
Adət olub hər gecə xəyalına sarılmaq
Xatirələr küsdürdükcə ağlamaq bağırmaq
Qanlı siqaret kötükləri ruhi sarsıntılar
Mənəvi qırıntılar, sağalmaz dağıntılar
Monparnas, terminal nəmli reysləri
Ölənə qədər silinməz qırıq ürəkdə izlərin
Parisə sağ ol deyərsən, böyük olacaq özləmi
Çünki bu şəhər içində səni gizlədir
Hər gün şəkillərinə baxıb gözümü aldadıram mən
Özüm-özümü aldadıram mən
Soruşsalar, "öldü" deyib yalan deyərsən
isə, özünə yaxşı bax, Parisə salam deyərsən
Au revoir, Seniorita
Tu me manques
Les passants
N'oublie pas
Parisə salam dеyərsən
Darıxmışam sizdən ötrü
Səndən, sevgidən
Bir Parisdən ötrü
Au revoir, Seniorita
Tu manques
Les passants
N'oublie pas
Parisə salam deyərsən
Darıxmışam sizdən ötrü
Səndən, sevgidən
Bir Parisdən ötrü




Attention! Feel free to leave feedback.
//}