Pranga - Maria Lyrics

Lyrics Maria - Pranga




Ey Maria, bu məktub sənə, oxuyan kimi yandır, tulla
Burada sistem ağırdır, döyülür gündə qullar
Şeirlər yaltaq, musiqilər saxta, fonoqrama
Məmurlar kukla, "dollhouse", "psychodrama"
Qan qoxur öskürəklərim, qara ölümdür bunun adı
Makiyajın axıb, ağlamısan, gizlətmə bunu, qadın
Biz 92-də ana həsrətini basdıranda səngərə
Meyit dolu indi döngələr
Tanrı, de görüm, bu, idi?
Tankın əyə bilmədiyi belləri sonda pul əydi
Halalı harama qatdıq biz
Adəm oğlu bütlərə Allah deyən gün batdıq biz
Ey Maria, ölülər ağlamır, mən ağlamadım
Görəndə göz yaşım gedəni saxlamır
Serenadalarımı rekviyemlərə döndərdilər
Məni Tanrıya göndərdilər
Bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
Öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
Kadrlar ağ-qara, dünyanın da solub rəngi
Üzülmə, qadın, ölüm olsa, dönmərəm
Bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
Öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
Kadrlar ağ-qara, dünyanın da solub rəngi
Üzülmə, qadın, ölüm olsa, dönmərəm
Ey Maria, mən vətən xainiyəm
Mən yalnız yaratdığım əsərlərdə daimiyəm
Mən yazıram narkobiznes, "illegal" zinaları
Maskalar belə gizlədə bilmir alçaq simaları
Ruhumun bağırtılarını yazıram, 6 ildir
Cavidi çarmıxa gərdim, Pranga dirildi
Gözlərimin önündə alçaldı ilahilər
Yerinə alçaqlar ilahiləşdirildi
24 ildir, yerdə qalıb şəhid qanı bizdə
Nəfsinə məğlub olan yıxdı günahı şeytan üstə
Dualar xilas etmir, Azanlar ruhsuzdur daha
Sinəmdəki ət parçası da buzdur daha
Bura dəlixanadır, səs eləmə
Hərdən gündə 2 qutu siqaret belə bəs eləmir
Payız, qələm yazır ölülərin balladasını
Bura Çexovun 6 saylı palatası
Bu nəğmə əcəl zəngi, danışdıqca dağılır əngim
Öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
Kadrlar ağ-qara, dünyanın da solub rəngi
Üzülmə, qadın, ölüm olsa, dönmərəm
Əcəl zəngi, danışdıqca dağılır əngim
Öskürəklər, bağırtılar, qan ətri, ciyər vərəm
Kadrlar ağ-qara, dünyanın da solub rəngi
Üzülmə, qadın, ölüm olsa, dönmərəm
Fırlanır qanlı çarxım
Bir vurum, bir qalxım
Yola çıxanda anladım
Bu yolun yoxdur axırı
Möhkəmdir yelkənlərim
Dənizlərdə batmaz gəmim
Mən tufanlar görmüşəm
Küləklər yıxmaz məni




Attention! Feel free to leave feedback.