Pranga - Əlvida Lyrics

Lyrics Əlvida - Pranga




Üstümüzdən illər ötdü, yoxluğunla barışdım
Bakı yağışını boş ver, əsas sil gözümün yağışını
Gəl, yenə siqaret yandırıb danışaq əvvəlki kimi
De görüm, necəsən indi, ey dəniz gözlü sarışınım?
Mən olmasam, mənim yerimə payızı qucaqlayarsan
Nəyi aparırsan, apar, olar, bircə saçını saxlayarsan
Eşitdim ki, deyibsən, ağlamaram mən heç vaxt
İnan, səni elə yazaram, özün ağlayarsan
Yazdım adını divarlara
Qıyıram indi damarlara
Gedirəm özgə diyarlara
Əlvida (Əlvida)
Şeirlərimi gizləyərsən
Yollarımı izləyərsən
Gəlməsəm də, gözləyərsən
Əlvida
Yazdım adını divarlara
Qıyıram indi damarlara
Gedirəm özgə diyarlara
Əlvida
Şeirlərimi gizləyərsən
Yollarımı izləyərsən
Gəlməsəm də, gözləyərsən
Əlvida (Əlvida)
Yenə necə gözəlsən
Dəyişmə saçının rəngini
Sən elə belə gözəlsən
Deyirlər, zaman dəyişir insanın gözəlliyini
Gör neçə il ötüb keçdi, sən hələ gözəlsən
Gəl yenə bir-birimizə gic-gic məktublar yazaq
Oturub arxa partada yenə HOST-a qulaq asaq
"Hardadır" track"ini, mən taxım qulaqcığı
Müəllim hey danlasın, bizsə yenə dərsi pozaq
Sənlə necə gözəl idi, əsdi, keçdi külək kimi
İndi mahnılarda sənin adın keçir mələk kimi
Həyat hər kəsin qarşısına birini çıxardır
Bizlərin qarşımıza çıxardacaq, görək, kimi
Neçə qadın gəldi, keçdi, sənin yerini vermədi
Çıxıb başqası ilə getdin, sağ ol, mənlə gəlmədin
Gələn vurdu, gedən vurdu, yıxıldıqca yıxıldım
Yaxşı ki, getdin elə, bu günümü görmədin
Yazdım adını divarlara
Qıyıram indi damarlara
Gedirəm özgə diyarlara
Əlvida
Şeirlərimi gizləyərsən
Yollarımı izləyərsən
Gəlməsəm də, gözləyərsən
Əlvida
Yazdım adını divarlara
Qıyıram indi damarlara
Gedirəm özgə diyarlara
Əlvida (Əlvida)
Şeirlərimi gizləyərsən
Yollarımı izləyərsən
Gəlməsəm də, gözləyərsən
Əlvida





Attention! Feel free to leave feedback.
//}