PRoMete feat. Günəş - Nəbz Lyrics

Lyrics Nəbz - Promete feat. Günəş



Kimsə dinləyəndə deyəcək ki, fake guitar.
Mənim üçün isə əsas odur ki, bu musiqidə ruh
Var.
Çoxdandır yazmıram, qələmlə vərəqdə,
Amma bu o demək deyil ki, azalıb səbəblər.
Dostlarım uzaqlarda, Ankara, Oslo, Milan,
Bakının küləkli havası bezdirir yaman.
Qırıq mənalarla, toplayıram sətirlər,
Amma ki, bütün fikirlərim dağılır bir ətirlə.
O, sənin əlindən əlimə keçən iy.
Səninlə əl-ələ gəzərdim çox küçəni,
Amma ki, Bakı küləyi dağıdır saçını.
Səni qorumaqdır ömürlük seçimim.
Demədiyim şeylər var sözlərlə.
Sən tut əlimdən, bax gözümə.
Cümlələr olur dar, sözlər də,
Elə ki, nəfəsin dəyir üzümə.
Demədiyim şeylər var sözlərlə.
Sən tut əlimdən, bax gözümə.
Cümlələr olur dar, sözlər də,
Elə ki, nəfəsin dəyir üzümə.
Sənə Günəş dedim, parıldadın ömrümdə,
Amma ki, bir neçə il əvvəl, yadımdadır,
ömrümdə,
Yatsaydım, bəlkə də, yuxumda da görməzdim,
Yox, elə ancaq yuxularda görərdim mən bizi,
Əl-ələ gəzməyimizi, diz-dizə söhbətlərimizi,
Dodaqlar toxunardı, yuxudan oyanardım.
Kimsə deyib: bir yerdə olmaq soyudur sevgini.
İstəyərdim o adam dinləsin mənim nəbzimi,
Duyanda səsini, tutanda əlini,
Sığallayıb qucaqlayanda incə belini.
Qoxlamaq telini, dünyanın ən zövqlü işi,
Sanki, bütün problemlər sənsizlikdə ilişib.
Düzəlir hər bir işim, varsansa yanımda.
Yaşamı bağlamışam, tək sənin varlığına.
Mübahisələr, davalar, qısa müddətli ayrlıqlar
Qalır arxada, Günəşim, pıçılda.
Demədiyim şeylər var sözlərlə.
Sən tut əlimdən, bax gözümə.
Cümlələr olur dar, sözlər də,
Elə ki, nəfəsin dəyir üzümə.
Demədiyim şeylər var sözlərlə.
Sən tut əlimdən, bax gözümə.
Cümlələr olur dar, sözlər də,
Elə ki, nəfəsin dəyir üzümə.



Writer(s): Vusal Beatpro Hasanov


PRoMete feat. Günəş - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date of release
13-02-2013



Attention! Feel free to leave feedback.