PRoMete - Yazmır H.O.S.T Lyrics

Lyrics Yazmır H.O.S.T - PRoMete

Deyirlər, yazmır H.O.S.T - axı mən yazım dost?!
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik?! - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz...

Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz -hoo, səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər, bro?!
İstənilməz şeylər olur, lable'a dönüb PRo
Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə box, beat'lərə görədi məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə
Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardırlar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla
Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə "Sənin millətin budur!"
Deyirlər, yazmır H.O.S.T - axı mən yazım dost?!
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik?! - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz...
Deyirlər, yazmır H.O.S.T - axı mən yazım dost?!
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik?! - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz...
Əlimdə qələm, elə bil SSRİ'nin orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq görək, məsələ yerdədir
Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalitet əksinə olmaq demək deyil, şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə yoxdur burda səmimilik, qərəzsizlik
TV'lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlarda indi futbola baxır, çünki hesab atıb
Qarabağ da bizimdi, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı qara zurna
Əlindən pultu bıraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən durma
Deyirlər, yazmır H.O.S.T - axı mən yazım dost?!
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik?! - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz...
Deyirlər, yazmır H.O.S.T - axı mən yazım dost?!
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik?! - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz...

Writer(s): Parviz Promete Isagov

PRoMete - Köhnə Mahnılar
Album Köhnə Mahnılar
date of release
13-02-2013

Attention! Feel free to leave feedback.