Qaraqan - Salam Allah Lyrics

Lyrics Salam Allah - Qaraqan



Salam, Tanrı. Neçə vaxtdır buralara gəlmirəm mən
Bilmirəm hardan başlayım, elə başlayacam əvvəldən
O tərtəmiz illərdə - vaxt ki, qəlbim günahsız
Ən yaxın dostlarımla bu məscidə gəlirdim mən
Zəif gücsüz dizlər çökərkən dualarda
Qıldığım hər namaz, çökdüyüm hər səcdə yadımda
Yadımda səni görmək, arzular dərin hisslər
Mən onda dəqiq bilirdim kimdir yaxşılar, kimdir pislər
Uca Allah, indi hisslərimdə məftillər qan
Mənim içimdə indi dustaq yatır yaxşı insan
Güzgüdən baxan adam da, deyil artıq mənim əksim
Titrəyən dizlərim günahlarıma bağırır -Təslim!
Səndən gəlmədikcə səs, ya məni eşitmədikcə
Daşlandıqca ruhum, vicdanım iradəmi əzdikcə
Hər əsdikcə payız küləkləri, gəldikcə azan
Tüklərim biz-biz durur, dözmək çətin, demək asan
Kimlərə çevirdi zaman bu acı üsyanlar
Sən demə doluymuş çirkabla həyat, çirkab insanlar...
Sən demə doluymuş yalanla, ətrafım nifrətlə
Yaxınlarım gözləyirmiş yıxılmağımı həsrətlə
Belimi sındırsalar da, kəssələr əllərim
Ancaq sənin qarşında çökəcək mənim dizlərim
rəngbərəng adamların üstünü örtdükcə qar
Baxıram ətrafıma, səndən başqa de, kimim var?!
Uca Allah, göndər səmadan mələk, qurtar məni
Bu bədən ruhuma zindan, saxlayır dustaq məni
Burax məni, mən artıq öyrəndim gəzməyi, Allah
vaxt yıxılsam da, biləcəm ki, günah mənim
Sınaq mənim, mən özüm dözməliyəm bunlara Tanrı
Sınaq mənim, mən özüm tanımalıyam insanları
Vicdanların taparaq dərinlərdə, hardasa içdə
Mən bilirəm çirkli qəlblərində hər biri mələk gizlər
Ay Allah, keç günahından mənim valideynlərimin
Bağışla yaxınlarımı, dostlarımı, bağışla məni
Bağışla millətimi bağışla bu avam xalqı
Onlar bilmir neyliyir, qulaqları kor, gözlər bağlı
əgər çıxacaqsa içlərindən bircə insan
Bircə insan anlasa ki, içində var təmiz vicdan
Cəmi bir nəfər ürəkdən inanacaqsa sənə
Mən biləcəm ki, ölməyib, sağdır Azərbaycanda İslam




Qaraqan - Leykemiya




Attention! Feel free to leave feedback.