ROUSTAM - Mən sənin yanına qışda gəlirdim Lyrics
ROUSTAM Mən sənin yanına qışda gəlirdim

Mən sənin yanına qışda gəlirdim

ROUSTAM


Lyrics Mən sənin yanına qışda gəlirdim - ROUSTAM




Mən sənin yanına qışda gəlirdim.
Çiçək axtarırdım, gəzdim hər yanı...
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb, bir dibçəkdən axır ki, dərdim...
Sonra söylədim ki, baharda sənə,
Bir dəstə bağlaram yaz güllərindən.
Budur, yola salıb, qarlı qışı mən,
Sənin görüşünə gəlmişəm yenə!
Gəlmişəm yenə, sənin görüşünə, gəlmişəm yenə!
Dəstə bağlamağım nəyə gərəkdir?
Bax odur, nərgizlə, doludur ləklər...
Lalənin ətrini yayır küləklər,
Yasəmən, qızılgül ləçək-ləçəkdir.
Əzizim, onları qoparmaq olmaz!
Güllərə çöldə bax, dağ döşündə bax...
Onlardan mən soraq gətirdim ancaq!
Bir əlimdə bahar, bir əlimdə yaz...
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz.



Writer(s): Elza Ibrahimova, əliağa Kürçaylı


Attention! Feel free to leave feedback.