ROUSTAM - Yadındamı Lyrics

Lyrics Yadındamı - ROUSTAM




Yadındamı ötən günlər,
Ağac altı, bulaq səsi.
O günlərdən, bizə qalır,
O günlərin xatirəsi.
Gəl əzizim, ötənləri,
Yada salaq, dönə-dönə...
Ötən günə, gün çatarmı?
Calasaq da günü günə.
Yadındamı, ötən günlər
Qəm çoxalır, ömür azalır.
Üzümüzdə, alnımızda,
O günlərdən izlər qalır.
Gəl əzizim, ötənləri,
Yada salaq, dönə-dönə...
Ötən günə, gün çatarmı?
Calasaq da günü günə...
Gəl əzizim, ötənləri,
Yada salaq, dönə-dönə.
Ötən günə, gün çatarmı?!
Calasaq da günü günə.
Günü günə... günü günə...



Writer(s): Bəxtiyar Vahabzadə, Xəyyam Mirzəzadə


Attention! Feel free to leave feedback.