Rahidə Baxışova - Haradasan Lyrics

Lyrics Haradasan - Rahidə Baxışova



Bir payız həsrəti çöküb qəlbimə
Baxıram yollara, dönərsən deyə
Bir payız həsrəti çöküb qəlbimə
Baxıram yollara dönərsən deyə
Həsrətlə baxıram gəzdiyin yerə
İnana bilmirəm bu ayrılığa
Ayrılıq ölümdür, ölüm, biləsən
Səni gözləyirəm gələsən deyə
Haradasan, haradasan, söylə, haradasan?
Bəlkə çətindəsən, bəlkə, dardasan
Sən mənim özümsən, ciyər paramsan
Səni gözləyirəm gələsən deyə
Haradasan, haradasan, söylə, haradasan?
Bəlkə çətindəsən, bəlkə, dardasan
Sən mənim özümsən, ciyər paramsan
Səni gözləyirəm gələsən deyə
Gəl ki, ürəyimin atəşi sönsün
Gəl ki, yuxularım gerçəyə dönsün
Gəl ki, ürəyimin atəşi sönsün
Gəl ki, yuxularım gerçəyə dönsün
Üz tutub göylərə gedim, biləsən
Bir gün baş daşımı özün döyəsən
Sevirdim, sevgilim, səni, deyəsən
Səni gözləyirəm gələsən deyə
Haradasan, haradasan, söylə, haradasan?
Bəlkə çətindəsən, bəlkə, dardasan
Sən mənim özümsən, ciyər paramsan
Səni gözləyirəm gələsən deyə
Haradasan, haradasan, söylə, haradasan?
Bəlkə çətindəsən, bəlkə, dardasan
Sən mənim özümsən, ciyər paramsan
Səni gözləyirəm gələsən deyə



Writer(s): Qismət əliyev, Zemfira Elişqızı


Rahidə Baxışova - İfalar, Vol. 1
Album İfalar, Vol. 1
date of release
30-01-2023




Attention! Feel free to leave feedback.