Rasim Müzəffərli - Batmış Gəminin Mahnısı Lyrics

Lyrics Batmış Gəminin Mahnısı - Rasim Müzəffərli




Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Bir batmış gəmiyəm indi mən
Suların altında yatmışam
Qorxmuram tufandan, küləkdən
Üzməyin daşını atmışam
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər
Dəlisov xəzrilər əlindən
Yaralı yelkənim üzüldü
Qayalar tutmadı əlimdən
Dalğalar qəsdimə düzüldü
Bir batmış gəmiyəm indi mən
Suların altında yatmışam
Qorxmuram tufandan, küləkdən
Sevməyin daşını atmışam
Nələr-nələr üzür qəlbimdə
Sevməyi bilməyən bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən sevgilər
Nələr-nələr üzür qəlbimdə
Üzməyi bilməyən bilər?!
Rəqqaslartək süzür üstümdə
Fəlakət bilməyən gəmilər



Writer(s): Rasim Imanov



Attention! Feel free to leave feedback.