Rəşad İlyasov - Ad Günü Lyrics

Lyrics Ad Günü - Rəşad İlyasov



Oturub tək-tənha öz otağımda
Sənin ad gününü qeyd eləyirəm
Əlim əl çəkməyir, yaş yanağımdan
Sənin şərəfinə sağlıq deyirəm
Ömrünə daha bir il gəldi sənin
Hələ neçə illər sənə qonağdır
Mən sənin qonağın ola bilmədim
Bu gün, görən, kimlər sənə qonaqdır?
Telefonum susur, qapım döyülmür
Şamlar da yavaş-yavaş əriyib sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Telefonum susur, qapım döyülmür
Şamlar da yavaş-yavaş əriyib sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Bu günün kədəri, sevinci mənim
Təkcə hədiyyələr sənin olacaq
Onların içində çox axtarsan da
Bir mənim hədiyyəm heç olmayacaq
Ömrünə daha bir il gəldi sənin
Hələ neçə illər sənə qonağdır
Mən sənin qonağın ola bilmədim
Bu gün, görən, kimlər sənə qonaqdır?
Telefonum susur, qapım döyülmür
Şamlar da əriyib yavaş-yavaş sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Telefonum susur, qapım döyülmür
Şamlar da əriyib yavaş-yavaş sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Telefonum susur, qapım döyülmür
Şamlar da əriyib yavaş-yavaş sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Telefonum susur, qapım döyülmür
Şamlar da əriyib yavaş-yavaş sönür
Öz doğum günündə yerin görünür
Sənin ad gününü qeyd eləyirəm
Sənin ad gününü qeyd eləyirəm
Sənin ad gününü qeyd eləyirəm




Rəşad İlyasov - Qəlbimin Yağışları
Album Qəlbimin Yağışları
date of release
11-11-2011




Attention! Feel free to leave feedback.