Sövkət Ələkbərova - Ad Günü - Remastered Lyrics

Lyrics Ad Günü - Remastered - Sövkət Ələkbərova



Bu gün ad günüdür, sənin ad günün
Bu gün ad günüdür, sənin ad günün
Adınla bərabər ucalasan sən
Bu adı hədiyyə vermişik sənə
Bu adı hədiyyə vermişik sənə
İstərəm, həyatta ad alasan sən
İstərəm, həyatta ad alasan sən
Bülbül cəh-cəh vurub oxumazdımı?
Ona bülbül adı qoyulmasaydı
Bülbül cəh-cəh vurub oxumazdımı?
Ona bülbül adı qoyulmasaydı
Gül bu qədər gözəl qoxumazdımı?
Gül bu qədər gözəl qoxumazdımı?
Məgər onun adı gül olmasaydı
Məgər onun adı gül olmasaydı
Adına min belə məclis qurulsun
Adına min belə məclis qurulsun
Qoy bu həyat sənə imtahan olsun
Ömür gülə-gülə qoy başa dolsun
Ömür gülə-gülə qoy başa dolsun
Arzudan, əməldən kam alasan sən
Arzudan, əməldən kam alasan sən
Kim deyir, bu ömür boş bir xəyaldır?
Adı da, sanı da əməl ucaldır
Kim deyir, bu ömür boş bir xəyaldır?
Adı da, sanı da əməl ucaldır
Ad səni qaldırmaz, sən adı qaldır
Ad səni qaldırmaz, sən adı qaldır
İstərəm, şərəflə qocalasan sən
İstərəm, şərəflə qocalasan sən




Sövkət Ələkbərova - İfalar (Vol.10)
Album İfalar (Vol.10)
date of release
06-04-2023




Attention! Feel free to leave feedback.