Sövkət Ələkbərova - Niyə Susdun, Gözəl Oğlan - Remastered Lyrics

Lyrics Niyə Susdun, Gözəl Oğlan - Remastered - Sövkət Ələkbərova



Hər gün məni izləyirsən kölgə kimi
Deyirsən ki: "Tükətdin tamam səbrimi"
Söz açıb, and içirsən hər addım başı
Yalvarırsan: "Könlümün, gəl, ol sirdaşı"
Şirin dilin var, xoş qamətin
Kənd içində çoxdur şöhrətin
Kənd qiymətli üzükdür, mən onun qaşı
Soyuq olma, alışdı bağrımın başı
Oğlan, sənin sözünü saymıram yalan
Gəlini göz üstdə saxlayar anan
At sürərsən yel kimi cıdır zamanı
Toylarda sənin kimi saz çalan hanı?
Dostların sevir söhbətini
Hərə sayır xoş ülfətini
Səni görəndə çoşur gənclərin qanı
Gəzirsən qarış-qarış kəndi, obanı
Könül vermir, bəs niyə, bircə qız sənə?
Qız düşüncək hamı deyir qayğısız sənə
Niyə susdun, sözümdən bəlkə utandın?
Boş dolanma, işində dillənsin adın
O vaxt, böyük oğlan, hər gənc ürək
Səni xoşlayacaq, sevəcək
Qızların nəğməsində gəzəcək adın
Anana deyəcəklər: "Gözlərin aydın!"




Sövkət Ələkbərova - İfalar (Vol.10)
Album İfalar (Vol.10)
date of release
06-04-2023




Attention! Feel free to leave feedback.