Tibu - Mantra Lyrics

Lyrics Mantra - Tibu




Bu "single" pozdu qeyri-qanunu, sanki "cannabis"
Bu artist kamikadze obrazında, dişlərində "grillz"
Bu, "baby apocalypse", həyatım macəra risk
Mən dəli, terroristdən pis, bədənim "tattoo"lar, giliz
Bu banda "bladlakrips" kimidir, bizə düşmədi amnist
Biz əgər burdayıqsa, indi bura gələcək polis
Biz əgər burada yoxuqsa, ən azı var hekayəmiz
Sənin qorxduğun məhəllələrdə repi yedizdirdik biz
Mənlə prinsipə sən girmə, mənim prinsiplərim pis
Tibu принципе" cırar pinsetlə "biitseps"lərini
Tibu primitiv psix, efir reytinqinə risk
Axı artist yox, artistik edəni çağırdı Elgiz
Bunlar səhnəyə müğənni yox, seçir pornoya "actress"
Bunların prinsi "princessa"dır, "princessa"sı prins
Ətrafımda ancaq qaqalardır, yoxdur feminist
Girib ruhuma perspektivi olan perfeksionist
Ya da perpendikulyar yaşayım, küt kütləyə uyam
Külək əsir, bu kütlə küyə gedir, yatır laylaya
Hamıdan zərbə aldım, kimlərə mən olurdum dayaq
Məni ömür boyu bu parazitlər dartıb arxaya
Həqiqət qışqırırdı qlanda
Mənə çatışmırdı azad ruh, necə Bethovenə kanta
Mən kainatda "mantra", mən fizikaya kvantam
Hələ dəli bir albom gələcək, tutulmasa bandam
haldayam, mən haradayam, verdi hay, baxdım aynaya
Elə bil halda idim ki, bilmədim heç, gülüm, ağlayam
Getmişdi yaddaşım, bayaq yoldaşım deyirdi: "Dayan"
Üçüncü göz on üçüncü hissə qışqırdı: "Oyan"
Açılır yamyaşıl ekran, görsənir paralel həyat
Göstərir 4k keyfiyyətində keçmişi dünya
7 yaşlı Teymur gedirdi sonuncu partaya
Demək, eyni anda mən oradayam, həm buradayam
İllüziya, kontuziya, ya koma, ya korroziya
Ya kliniki ölümdən əvvəlki bu son emosiya
o dünya, bu dünya
o diyar, bu diyar
Elə bil ixtiyarım yoxdur, olum biixtiyar
Canavar baxıb ulayır Aya, qatar gedirdi dеpoya
Şam ağacının yanında var Santa, paylayır bayan, "yeah", isə
Həyat rəqəmlərdən ibarət, üçə qədər sayaq



Writer(s): Qiyas Kazimov, Teymur Ağayev


Tibu - Mantra
Album Mantra
date of release
05-05-2025

1 Mantra




Attention! Feel free to leave feedback.
//}