Vüqar Əbdülov - Sənə Qurban Olum Lyrics

Lyrics Sənə Qurban Olum - Vüqar Əbdülov



İstəyirəm bir az söhbət eyləyim
Sənə nədən deyim, nədən söyləyim
Bir neçə xalq çalğı alətimiz var
Onların haqqında bir-iki söz deyim
Eylə maraq, sənə qurban olum
Bir as qulaq, sənə qurban olum
Gəl qədim alətlərin dünyasına
Salaq soraq, sənə qurban olum
Tarın sədası ana laylasıdır
Sadıqcanın, Qurbanın dünyasıdır
Lirikası qəlbinə təsir etsə
O Bəhramın, Əhsənin ifasıdır
Sədəfli tar, sənə qurban olum
Çal, yeri var, sənə qurban olum
Kim qulaq assa sənə, min zövq alar
Biixtiyar, sənə qurban olum
Sənə qurban olum
Sənə qurban olum
Ud səsi bir yanğı salıb qəlbimə
Artırır eşqin odunu sən demə
Uddakı ecaz elə bir sirr idi
Qəm gətirər, çatsa əgər ərkimə
Dinlə udu, sənə qurban olum
Yanğı budur, sənə qurban olum
Dinləməsən bilməyəcəksən nədir
Eşqin odu, sənə qurban olum
Bir qulaq as yastı balabanımıza
Həzin səs-sədası hopub canımıza
Sən bunu hardan biləsən, erməni?
Bu məxsusdur Azərbaycanımıza
Çal, elə çal, sənə qurban olum
Bir nəfəs al, sənə qurban olum
Vağzalı çal bütün aşiqlərə
Yetsin vüsal, sənə qurban olum
Zurna səsin dinlə ginən, cəngidir
Bir çağırışdır bu, zəfər zəngidir
Qoy çalınıb vəcdə gətirsin bizi
Haydı, igidlər, yürüş ahəngidir
Eylə cihad, sənə qurban olum
Dadi bidad, sənə qurban olum
Baş gedirsə, getsin, vətən sağ olsun!
Qoy ginən ad, sənə qurban olum
Nağara bir döyüntüdür ürəkdə
Bir dəli sevda vardır tütəkdə
Bir səs var, heç bir səsə bənzəmir
O qalxıb dolanır çarxı fələkdə
Eylə dua, sənə qurban olum
Badi xuda, sənə qurban olum
Həzin yalvarış səsinin eşqinə
Ver bir şəfa, sənə qurban olum
Bəzmdir, tarla yanaşı kamandır
Onlar əzəldən bəri həmzəbandır
Naləsi insan səsinə bənzəyir
Aşiqi divanə qoyan fəqandır
Titrə, kaman, sənə qurban olum
Eylə fəqan, sənə qurban olum
Naləmi qaldır göyə sən, zülmü boğ
Vermə aman, sənə qurban olum
Səsin, sözün sehridir bu, əfv elə
Olsa xəta, sənə qurban olum



Writer(s): Vüqar əbdülov


Vüqar Əbdülov - Sənə Qurban Olum
Album Sənə Qurban Olum
date of release
02-09-2020




Attention! Feel free to leave feedback.