Akif İslamzadə - Saçlarına Gül Düzüm paroles de chanson

paroles de chanson Saçlarına Gül Düzüm - Akif İslamzadə




Bağçalarda yasəmənlər verdi baş-başa
Lalələr bürüdü çəməni, düzü
Bu yerlərdə, ay sevgilim, gəzməsək qoşa
Çəmənlər, çiçəklər sınayar bizi
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Payız oldu, uçdu, getdi durna qatarı
Çəmənlər rəngini niyə itirdi?
Yox, solmadı ürəyimdə eşqin baharı
Arzular, ümüdlər min gül bitirdi
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Mehribanım, əzizim
Gəl, gülsün üzüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Mehribanım, əzizim
Gəl, gülsün üzüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm?
Bilmirəm özüm
Saçlarına gül düzüm
Mənim günüm, gündüzüm!
Mehribanım, əzizim
Gəl, gülsün üzüm
Gəl, gülsün üzüm
Gəl, gülsün üzüm



Writer(s): Rauf Haciyev, Yusif Hesenbey


Attention! N'hésitez pas à laisser des commentaires.