Ali Ashikar - Sən Olmasan paroles de chanson

paroles de chanson Sən Olmasan - Ali Ashikar



Sənə məktub yazıram yazıram ki bağışla
Burda hava pis keçir ara vermir yağışlar
İslanıb səkilər tək göz yaşımdan balışlar
Ona görə yazmıram ki sevgimə görə bağışla
Köhnə məktublar illərdir ki ovutmur
gələn var gedən döyən var qapını
O mənim gözümə dolub yanaqlarımı qurutmur
sevən var dözən duyan fəryadımı
Sevgindən uzaqlara
Yenə düşürəm mən yollara
Hara gedirəm sənsiz hara
Sən olmadan
Sevgimdən uzağlara
Yenə düşürsən sən yollara
Hara gedirsən mənsiz hara
Mən olmadan
Dönməsən mənə
Gəlməsən
Təmiz hisslərimlə sevərəm
Sevməsən məni
Gizləsəm
Həmin hisslərimlə ölərəm
Arzulamışdım səninlə bir ocaqda köz olmağı
Sən indi ayrı ocaqda közərib kül olmusan
Sənə mən söz verdim xəyallarda bir olmağı
Sən indi xəyallarda şerilərimə söz olmusan
Olmusan başımı döndürən yarımcıq eşqlər kimi
Var ki şairlər cümlələrdən evlər tikir
sözün pərdəsi var cümlənin pəncərəsi
baxan pəncərərdən var duyan körpə səsi
Sevgindən uzaqlara
Yenə düşürəm mən yollara
Hara gedirəm sənsiz hara
Sən olmadan
Sevgimdən uzağlara
Yenə düşürsən sən yollara
Hara gedirsən mənsiz hara
Mən olmadan
Dönməsən mənə
Gəlməsən
Təmiz hisslərimlə sevərəm
Sevməsən məni
Gizləsəm
Həmin hisslərimlə ölərəm



Writer(s): Eli Elesgerov, Elshad Cefer


Ali Ashikar - Əyyaş
Album Əyyaş
date de sortie
15-03-2017




Attention! N'hésitez pas à laisser des commentaires.