Ali Ashikar - Tərənnüm paroles de chanson

paroles de chanson Tərənnüm - Ali Ashikar



Bu sabah alınmadı, yəqin ki başqa sabah
Gəl bu görüş gününü biz gələn il bu vaxta salaq
Görüşmədik demək deyil yəqin ki, başqası var
Bu sabah olmasa da, inşallah başqa sabah
Qopa bilmir qələmim səndən, qədər küssəm
Şeirim sənsən, vərəqim sən, özgəyə gülsən
Ağlama, gül sən də, gedirəm, gəl sən
Gəlsən əgər, şərtim var, bu səfər gül səndən
Elə bir yerdəsən ki, toxuna bilmir əlim sənə
sən mənə layiq ola bilməmisən, mən sənə
O qədər saf içdən idi ki, mənə gülümsəmən
Yadırğamışam artıq, daha tanış gəlmir üzün mənə
Sevirdim mən o cümlədən səni xatırladan hər şeyi
Bilirdik biz, alınmazdı, dözdük, amma ki, keçən deyil
O da bilirdi, şeirlərimin ünvanında o tək deyil
Güldanından ayrı düşən gül qabında solan deyil
O gözü yolda, qulağı səsdə, könül ahəstə
Qolunda can verirdi sevgi başqa birinin uğruna
Biz keçə bilmədik əngəlləri, sonra düşdük həvəsdən
Yenidən sevə bilməyib ayrılmağa məcbur oldu yar
Əlləri körpətək incə, o qıvrım uzun saçları
Yanağına yağan yağışlar isladır quru yamacları
Onu mən çox bağışladım ki, səhvi gözümdən itsin
Bəlkə heç özü istəməzdi mahnımız belə bitsin
Dözə bilmirəm daha
Gecələri yata bilmirəm rahat
Sənə görə mən dönmüşəm yada
Amma əvəzin yoxdur dünyada
Dözə bilmirəm daha
Gecələri yata bilmirəm rahat
Sənə görə mən dönmüşəm yada
Amma əvəzin yoxdur dünyada



Writer(s): Ali Alasgarov


Ali Ashikar - Tərənnüm
Album Tərənnüm
date de sortie
14-09-2018




Attention! N'hésitez pas à laisser des commentaires.