Anar Nağılbaz - Eh, Deyəcəksən Ki paroles de chanson

paroles de chanson Eh, Deyəcəksən Ki - Anar Nağılbaz



Qəlbi qəlbim ilə söz açan uzun
Dodağı ilə silən alın tərimi
İstəyirəm, sənintək gözəlim olsun
Sənə həsr eləyim əsərlərimi
Bir ömür istərəm, həyat yarımı
Yaşayım bu ömürü başdan-başa mən
Silmək üçün, yumaq üçün günahlarımı
Tuş olum gülləyə, dəyim daşa mən
Eh, deyəcəksən ki, bu şeirdir?
Bu şeiri yazanın başı çatışmır!
Mənim öz sözlərim özümə sirrdir
Qəlbimdən aşmağa daşı çatışmır
Deyəcəksən ki, bu şeirdir?
Bu şeiri yazanın başı çatışmır!
Mənim öz sözlərim özümə sirrdir
Qəlbimdən aşmağa daşı çatışmır
Bir səhnəm istərəm olsun özümün
Mən yazım, sən mənə tamaşa göstər
Verim çiçəklərin sənə yüzünü
Sən dodağımdan öpəsən, gözəl
İstərəm ən yaxşı kinolar çətin
İstərəm ikimiz oynayaq orda
Eh, bu arzulardan necə əl çəkim?
Hardasan, sevgilim,hardasan,harda?
Bağışla,bağışla, İlahəm mənim
Unut bu sözləri, sanki yox imiş
Yəqin qismətimdir çəkmək dərd-qəmi
Yəqin, bu dünyada sevgi yox imiş!
Qəlbi qəlbim ilə söz açan uzun
Dodağı ilə silən alın tərimi
İstəyirəm, sənintək gözəlim olsun
Sənə həsr eləyim əsərlərimi
Eh, deyəcəksən ki, bu şeirdir?
Bu şeiri yazanın başı çatışmır!
Mənim öz sözlərim özümə sirrdir
Qəlbimdən aşmağa daşı çatışmır
Deyəcəksən ki, bu şeirdir?
Bu şeiri yazanın başı çatışmır!
Mənim öz sözlərim özümə sirrdir
Qəlbimdən aşmağa daşı çatışmır



Writer(s): Anar Nağılbaz


Anar Nağılbaz - Sabah Olmayacaq
Album Sabah Olmayacaq
date de sortie
28-03-1997



Attention! N'hésitez pas à laisser des commentaires.