Badclause - Qucaqla paroles de chanson

paroles de chanson Qucaqla - Badclause



Gecələr gündüzümlə qarışıqdır, axır vaxtlar
Bilirəm hamı gedəcək, amma olar, sən buraxma
Ən yaxın dostlardan xeyir yoxdur, hamsı saxta
Səndən uzaq olsam belə xatirələr qalıb otaqda
Hər gün eyni dərdi çəkən bulaqdır, gözlər yaşımla
Sadəcə bir baxışa görə qaldın əbədi yaddaşımda
Bu mahnının yazılmağına səbəb sənsən ən başında
Başqalarına bənzəmirsən, onlar artıq yadlaşırlar
Yuxusuzluq dəli eləyir istəmədən ağlayanda
Sən gecələr şirin yuxuda olar mənə görə oyanma
Öskürək bir yandan, sən bir yandan, dərd bir
Yandan, sıxır məni, "yaxşıyam" desəm, inanma
Mürəkkəbdən ətrin gəlir, vərəqlərim kövrələndə
Zaman geriyə qaytarmır, xatirələri köhnələndə
Həyatıma girmisənsə, əziyyət olar, çıxma bir
Ciyərlərim tütün istər, qəlbə qonaq sən gələndə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Həmişə susdum mən, yazım bir-iki cümlə
Boz həyatın çərçivələri rəngə dolur sən güləndə
Sözlərin qədər isitmir gözlərini düşünmək
Sənsiz gecələr çoxalır yoxluğunu düşünməkdən
Gözyaşım torpaq olsa basdırardım özümü orda
Yaşamağıma səbəb olsun - qəlbindən ümid yolla
Arzuların böyükdürsə, mənə bir yer ayır orda
Sən gülümsə mən dərdinə ağlayaram narahat olma
Sənlə yazdığım talehi, kaş öncədən pozsaydım
Münasibət dağılırdı, sən bu işdə ustaydın
Sənsizlik möcüzəydi, amma ki, mən yox saydım
Hər şey daha gözəl olardı, qollarımda olsaydın
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə
Ətrini məndən alır küləklər
Sən həmişəlik dustaq ürəkdə
Qucaqla məni, bir yerdə ölək gəl
Cismimi al, ruhumsa göylərə




Badclause - Mən Piyanam
Album Mən Piyanam
date de sortie
16-07-2019



Attention! N'hésitez pas à laisser des commentaires.