Bəbir Bəbirli - Sənsizləmişəm paroles de chanson

paroles de chanson Sənsizləmişəm - Bəbir Bəbirli




Səadət sirli aləm
Neyçün keçmiş bəxtimdən?
Göylərə qalxdı naləm
Yanıq ney kimi
Sevincim kədər oldu
Həsrətim hədər oldu
Gələrim gedər oldu
Duya bilmədim
Zərif şam işığında
Ümidlər sorağında
Səslənər intizarın
Qəmli nəğmətək
Hər günüm ilə döndü
Göz yaşım selə döndü
Közərib külə döndü
Sevən ürəyim
Uzun gecə olaydı
Yuxuma qayıdaydın
Varlığım odlanaydı
Sönməz günəştək
Uzun gecə olaydın
Yuxuma qayıdaydın
Varlığım odlanaydı
Sönməz günəştək
Ayrılıq yollarında
Axtarıram mən səni
Qaldım intizarında
Sənsizləmişəm
Bəxş etdiyim ürəyi
Yadigar saxlasaydın
Sevincdən ağlayardım
Xoşbəxtlər kimi
Zərif şam işığında
Ümidlər sorağında
Səslənər intizarın
Qəmli nəğmətək
Hər günüm ilə döndü
Göz yaşım selə döndü
Közərib külə döndü
Sevən ürəyim
Uzun gecə olaydı
Yuxuma qayıdaydın
Varlığım odlanaydı
Sönməz günəştək
Uzun gecə olaydı
Yuxuma qayıdaydın
Varlığım odlanaydı
Sönməz günəştək
Səadət sirli aləm
Neyçün keçmiş bəxtimdən?
Göylərə qalxdı naləm
Sənsizləmişəm
Sənsizləmişəm
Sənsizləmişəm
Sənsizləmişəm





Attention! N'hésitez pas à laisser des commentaires.