Eldar Mansurov - Günah Sənindir paroles de chanson

paroles de chanson Günah Sənindir - Eldar Mansurov feat. İlhamə Quliyeva




Qəlbimi, canımı vermişdin sənə
Ömrümə yaralar vurdu sözlərin
Həsrətin dağını çəkdi sinəmə
Yandırdı şam kimi ala gözlərin
İncidib qəlbimi dəydin xətrimə
Saralan yarpaqtək əsirəm indi
Min hayıflar olsun keçən günlərə
Mənim günahım?! Günah sənindir
Bir zaman qayıdıb bağışla desən
Ürəyim sözünə inanan deyil
Sönmüş çırağımdan işıq istəsən
Gözləmə, o işıq qayıdan deyil
İncidib qəlbimi dəydin xətrimə
Saralan yarpaqtək əsirəm indi
Min hayıflar olsun keçən günlərə
Mənim günahım?! Günah sənindir
İncidib qəlbimi dəydin xətrimə
Saralan yarpaqtək əsirəm indi
Min hayıflar olsun keçən günlərə
Mənim günahım?! Günah sənindir
İncidib qəlbimi dəydin xətrimə
Saralan yarpaqtək əsirəm indi
Min hayıflar olsun keçən günlərə
Mənim günahım?! Günah sənindir





Attention! N'hésitez pas à laisser des commentaires.