Eldar Mansurov feat. İlhamə Quliyeva - Yandırar Məni paroles de chanson

paroles de chanson Yandırar Məni - Eldar Mansurov feat. İlhamə Quliyeva



Ayrılsaq da, gözlərimdə gözün var
Sənə deyilməmiş neçə sözüm var
Odu sönüb, ürəyimdə közün var
Közünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları
Könlümdə artırır dərdi, qubarı
Qıyqacı baxanda sən mənə sarı
Közünün atəşi yandırır məni
Yolunda canımı mən fəda dedim
"Cavabsız eşqindən fayda?" -, dedim
Əlini uzadıb əlvida dedin
Sözünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına
Ürək dözə bilmir həsrət dağına
İsti şeh düşməsin gül yanağına
Üzünün atəşi yandırar məni
Leysan yağışları, bahar suları
Könlümdə artırır dərdi, qubarı
Qıyqacı baxanda sən mənə sarı
Közünün atəşi yandırar məni
Birgə qədəm qoyaq sevda bağına
Ürək dözə bilmir həsrət dağına
İsti şeh düşməsin gül yanağına
Üzünün atəşi yandırar məni



Writer(s): Eldar Mansurov, Tufan Tərlanoğlu


Eldar Mansurov feat. İlhamə Quliyeva - Eldar Mansurovun Mahnıları
Album Eldar Mansurovun Mahnıları
date de sortie
05-03-2021



Attention! N'hésitez pas à laisser des commentaires.