Elnarə Xəlilova - Mən Səni Araram paroles de chanson

paroles de chanson Mən Səni Araram - Elnarə Xəlilova



Hər gecə səni mən səslədim
Yolunu sübhədək gözlədim
Eşq odu mən, ay yar, yandırar
Rəhm elə, yamandır intizar
Eşq odu mən, ay yar, yandırar
Rəhm elə, amandır intizar
Göz yaşım sel olar ah sənsiz
Bülbüləm, neyləyim çəmənsiz?
Bəs hanı, hanı, ay yar, o sevda?
Gör nələr-nələr var başımda
Bəs hanı, hanı, ay yar, o sevda?
Gör nələr-nələr var başımda
Bir günəş nuru var üzündə
Gözlərim hər zaman gözündə
Mən səni araram, yar, anaram
Gül-çiçək sanaram, sanaram
Mən səni araram, yar, anaram
Gül-çiçək sanaram, sanaram



Writer(s): Fikret Emirov, Telet Eyyubov


Attention! N'hésitez pas à laisser des commentaires.