Elnarə Xəlilova feat. Zülfi Badalov - Dəyərlisən, Sən Dəyərmisən paroles de chanson

paroles de chanson Dəyərlisən, Sən Dəyərmisən - Elnarə Xəlilova , Zülfi Badalov

İçimdə ağrılar o ağrıların səbəbi sən
Gözümdə yaşlar o yaşların sahibi sən
Ürəyimdə taxt qurmuşam sənə, bizə
Geri dön olar, qıyma saf sevgimizə
Suallar içində cavabsız qalmışam
Sevdim amma sevilmədim, həsrətindən yanmışam
Susdum, dinmədim, gözlədim dönər deyə
Ah, yanılmışam, mən necə aldanmışam
Əgər varsa hisslər, səni qəlbim gözləyər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm

Yoxluğunla gecə-gündüz savaşdım
Talehimlə bacarmadım, barışmadım
Günlər, aylar, illər keçsə sənsiz fəsillər
Sənsizliyə alışmadım
Desələr ki, gözləmə yar gəlməyəcək
Desələr ki, ayrılıq heç bitmiyəcək
Unudarsanmı məni, yaşananları, o günləri?
Unudarsanmı de gizli xatirələri?
Əgər varsa hisslər, səni qəlbim gözləyər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdən, sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən

Writer(s): Zülfi Bədəlov

Elnarə Xəlilova feat. Zülfi Badalov - Bu Gün
Album Bu Gün
date de sortie
01-10-2020

Attention! N'hésitez pas à laisser des commentaires.