Elnur Məmmədov - Əziz Dostum paroles de chanson

paroles de chanson Əziz Dostum - Elnur Məmmədov




Əziz dostum məndən küsüb inciyib
Ayrılıb yad kimi çıxdı evimdən
Əziz dostum məndən küsüb inciyib
Ayrılıb yad kimi çıxdı evimdən
Dost gedən yerləri ot basıb indi
Dost gedən yerləri ot basıb indi
O gedib, özümə gələ bilmirəm
Dost gedib, özümə gələ bilmirəm
Necə nəğmə qoşum, necə dinməyim?
Dost gedib, özümə gələ bilmirəm
Necə nəğmə qoşum, ey, necə dinməyim?
Dost gedib, özümə gələ bilmirəm
Elə bil əllərim yox olur mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim yox olur mənim
Gözümün yaşını silə bilmirəm
Gözümün yaşını silə bilmirəm
Dost çalan o sazı gətirin mənə
Görün, saz çalmaqda necə mahirəm
Dost çalan o sazı gətirin mənə
Görün, saz çalmaqda necə mahirəm
Əlim dəyən kimi bircə telinə
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırılır o dəm
Simlər haray çəkib qırılır o dəm
Necə nəğmə qoşum, necə dinməyim?
Dost gedib, özümə gələ bilmirəm
Necə nəğmə qoşum, ey, necə dinməyim?
Dost gedib, özümə gələ bilmirəm
Elə bil əllərim yox olur mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim yox olur mənim
Gözümün yaşını silə bilmirəm
Gözümün yaşını silə bilmirəm



Writer(s): Qulu Esgerov, Rəsul Rza


Attention! N'hésitez pas à laisser des commentaires.