Elvin Nasir - Sonuncu Yuxu paroles de chanson

paroles de chanson Sonuncu Yuxu - Elvin Nasir



Susmuş dəli könlüm yenə zülmət qaranlıq
Salmış bədənim ruhuma lənət qaranlıq
Mən anlamadım dünyanı heç vaxtı dərindən
Sandım ki cəhənnəmdi ya cənnət qaranlıq
Gəlmişəm bu dünyaya sətirlərimi iz buraxım
Yazdığım şeirlərlə göz bəbəklərindən axım
Vərəqim cəlladımdı qələmim Əzrayılım
Mənə bir dəqiqə verin bu dünyaya bir baxım
Tükənibdi taqətim, tükənib yox halim
Bir yanım 313 biri dəccal zalim
Evimdə çörək yoxsa, cibimdə qəpik yoxsa
Mənə ruhun qidasından danışma ey alim
Nədənsə çərxi fələk tərsinə dövran elədi
Əlimlə alnımı sildim ki pozulsun bu qədər
Əvvəlcə uşağlığımı fəda eylədim sonra
Bir məhəbət uğrunda cavanlığım getdi hədər
Məni sev mahnılarda amma yaxın gəlmə
O böyük günəş mənəm toxunma yandıracam
qədər qələmlərlə yazmışamsa mahnı,şeir
Öldüyüm gün hamısını bircə bircə sındıracam
Elə bir nəfəs ver ki ciyərlərimi çürütməsin
O qədər sümüy atdım köpəklərə hürməsin
Onlarsa ac qalanda sümüklərimi gəmirdilər
Mənə bir dost göstər mənfəətini güdməsin
Arxamca yavaş danış qulaqlarım eşitməsin
Ucadan qışqıracam bu dünyaya baxın mənə
Sonra hər kəs baxacaq yavaşca öskürəcəm
Hər kəs diqqət ilə izləyəndə gözlərimi
Söz tapa bilməyəcəm ürəkdən güləcəm
Ya da onlar güləcək mən hamısını öldürəcəm
Eşqin gözü kordur dedilər gözləri korlar
Baxdım ki o eşqin içi şəhvət qaranlıq
Bir parça çörək verdi əzəldən bəri dünya
Gəldi başıma min dəfə dəhşət qaranlıq
Çox söylədilər sev, bu həyat güllü gülüstan
Zahirdə gülüstan içi həsrət qaranlıq
Allah yuxudan bircə ayılt sən mənə bir
Vermə ayağımdan başa nifrət qaranlıq



Writer(s): Elvin Nasir


Elvin Nasir - Yorğun
Album Yorğun
date de sortie
18-02-2021




Attention! N'hésitez pas à laisser des commentaires.