Eyyub Yaqubov - Xudayar Təsnifi - Vətən Yaxşıdır paroles de chanson

paroles de chanson Xudayar Təsnifi - Vətən Yaxşıdır - Eyyub Yaqubov



Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Dumanlı dağların başında durdum
Dumandan özümə bir xeymə qurdum
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında duman göründü
Duman göründü...
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başında duman göründü
Duman göründü...
Xəzər dənizi eşqimlə coşdu
Xülyalar içində sanki bihuşdum
Xəzər dənizi eşqimlə coşdu
Xülyalar içində sanki bihuşdum
Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Dastana döndü
Vətən arzusuyla nəğmələr qoşdum
Tufanlar qarşımda dastana döndü
Dastana döndü
Könüllər cəzb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ
Könüllər cəzb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ
Çatdıqca vətənim, elim nəzərə
Təbiət mənə heyran göründü
Heyran göründü...
Çatdıqca vətənim, elim nəzərə
Təbiət mənə heyran göründü
Heyran göründü...
Deyirlər bülbülə çəmən yaxşıdır
İnsançün laləzar vətən yaxşıdır
Deyirlər bülbülə çəmən yaxşıdır
İnsançün laləzar vətən yaxşıdır
Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm xəndan göründü
Xəndan göründü...
Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm xəndan göründü
Xəndan göründü...
Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm xəndan göründü
Xəndan göründü...
Vahid, sorma vətən nədən yaxşıdır?
Adı gəlcək könlüm xəndan göründü
Xəndan göründü...



Writer(s): Elibaba Memmedov, əliağa Vahid


Eyyub Yaqubov - Xudayar Təsnifi (Vətən Yaxşıdır) - Single




Attention! N'hésitez pas à laisser des commentaires.