F'rhyme - Hələ Də Heç Nə Yolunda Getmir paroles de chanson

paroles de chanson Hələ Də Heç Nə Yolunda Getmir - F'rhyme



Son zamanlar heç yolunda getmir
Rakim kimi çözmüşəm mətnlərin formulunu
Yorduğum beynim anlayır, həyatda tək bu pox uğurum
Ona görə "üstü qalsın" deməyə cibdə yoxdur pulum
Çoxluğun birilərinə tabe olduğu
Bir toplumun içində olmaq qorxudursa
Maddiyyatın yoxluğunun
Boğduğu diri meyidlərin morqudur
Bura onların yanına uzanaraq
Ölü rolunu oynayıb içinə soxduğun gerçəyi
Seçimlərindəki ən doğrusudur, məncə
Düşün illərlə götünü yırtıb oxuduğun universitet
İndi zor durumda tox tuturmu qoruduğun o oğlunu?
Səması göy qurşağı doludur
Rəngbərəng utopiyanın içindəsən
Amma diaqnozun rəng korluğu
İşdən qovulub, qaytara bilmə borcunu
Heyif götünə qoyduğum dünyada kasıb doğuldun!
Başına sıçıb səni varlı edəcək quşun
Qonduğu ağacı da bayaq bələdiyyə kəsdi "sorry bro"
Payına düşən başqalarını doydurur necə ki
Ad günündə səndən başqa hamı yeyir tortunu
Tanrı şansını dondurub elə bədbəxtsən ki
Burnu uzunların edam olduğu gün çıxar xortumun
İntihar elə bədənini odlayıb, ya doğrayıb, ya toxtayıb
Kəndiri, dözümünü yoxlayıb keçir içinə boynunu
Gitarada Rəmişdir, qarmonda Aftandil
Həyat toy tutur sənə, sonda isə vağzalı ilə yollayır
Deyir: "bye-bye" belə trolluyub başında opium
Get o poxa ver cibdəki axırıncı onluğu
Nəfsinin ol qulu, bilirsən ki, az olmayıb
Gecə ağrıdan qovrulub gözlərini oyduğun
Hamısı öz tupoyluğun, ruhun xoşlayır soyğunu
Tüfeyli həyata denən "zordur bu", tutmaz qoltuğun qovluğu
Ver doldurum
O reallıqdan qopduğun ana çatmaq üçün deyirsən
"Həmişəkindən iki tüstü artıq qoy vurum"
Çək içinə sovurub başında daim boz bulud
Həyata dair hissiyatın osturub, nəyisə yox etmək foksunu
Copperfield üstündə göstərsə əhəmiyyətini qozlayıb
Səni geri qaytarmadan bitirər "show"sunu
Dramdır qoşduğun, sən küləyə qarşı tüpürən
Daun uşaqlar içində ən olğunu bir beyin yoxsulu
Bacarmadın dostluğu, hisslərin bir qızdırsa
Elə bil həmin qızı kimsə oğurlayıb, soyundurub, zorlayıb
Əsgər olsan səhvən partladardın öz ordunun postunu
Qardaşı boksyor olan qız sənə bakirəliyini pozdurub
Heç görmədiyin valdeynlərinə
olduğunu araşdırarkən üzə çıxdı
Səni hansısa şirkət "testing" üçün klonlayıb
Artıq "poxuy"dur, baş personaj bilsin ki
Bitir qafiyəm artıq çatır hekayəmin sonluğu
Tanrı sənə çətin yol qurub, yolun sonunda oturub
Heç sorğunu belə etmədən sənə cəhənnəmi bronlayıb
Son zamanlar heç yolunda getmir
Ay blə!



Writer(s): Blawnsh Blawnsh, Fikrət Tağıyev


F'rhyme - Hələ Də Heç Nə Yolunda Getmir - Single
Album Hələ Də Heç Nə Yolunda Getmir - Single
date de sortie
04-03-2022




Attention! N'hésitez pas à laisser des commentaires.