Faiq Ağayev - Seversenmı paroles de chanson

paroles de chanson Seversenmı - Faiq Ağayev



Qürurun şax taxtından enib gəlsən,
Taleyimin sərt yolundan dönüb gəlsən
Duman kimi dağa-daşa sinib gəlsən,
Məni sevərsənmi söylə yenidən
Ötən günlərimi anıb qayıtsam
Şam tək öz oduma yanıb qayıtsam
Təzə sevdaları danıb qayıtsam
Məni sevərsənmi söylə yenidən
Təzədən güzarım bu yerdən düşsə
İntizar baxışlar qəfil görüşsə
Gözlərimiz bizdən xəlvət öpüşsə
Məni sevərsənmi söylə yenidən
İnadımın üst aynası qəfl sınsa
Sənsiz bumbuz xatirələr odda yansa
Bu son görüş taleyimdə son gümansa
Məni sevərsənmi söylə yenidən




Faiq Ağayev - Faiq Ağayev, Vol. 3
Album Faiq Ağayev, Vol. 3
date de sortie
23-01-2008




Attention! N'hésitez pas à laisser des commentaires.