Gülüstan Əliyeva - Durnalar paroles de chanson

paroles de chanson Durnalar - Gülüstan Əliyeva



Durnalar uçmazdı, bilin, bu vaxtı
Həzin nəğməsini oxuyur, keçir
Avazı bir naxış ilmələridir
Özü bildiyi tək toxuyur, keçir
Nəğmə qəmgin-qəmgin
Qərib-qəribdir
Qəlbimdə bir həsrət
Nəğməsi qalır
Nədən, Ulu Tanrım
Bu durnaların yolunu
Başımın üstündən salır?
xəbər gətirib, aparır, Allah
Niyə vaxtsız uçur, görən, durnalar?
Deyəsən, bir az da kədərləndilər
Qanadın buluda gərən durnalar
Deyəsən, bir az da kədərləndilər
Qanadın buluda gərən durnalar
Doğma yurdlarından yoxdur xəbərin
Qəlbində bir həsrət, ağrı-acı var
Bu qərib könlümün vaxtdan bəri
Durna qatarına ehtiyacı var?
Göylərə səs salan bu hay, bu haray
Mənim ruhumu göylərə çəkdi
Vaxtsız uçub gedən durna qatarı
Mənə bir xoş müjdə gətirəcəkdir
xəbər gətirib, aparır, Allah
Niyə vaxtsız uçur, görən, durnalar?
Deyəsən, bir az da kədərləndilər
Qanadın buluda gərən durnalar
Deyəsən, bir az da kədərləndilər
Qanadın buluda gərən durnalar
Qanadın buluda gərən durnalar
Durnalar




Gülüstan Əliyeva - Estrada İfaları, Vol. 1
Album Estrada İfaları, Vol. 1
date de sortie
14-09-2021




Attention! N'hésitez pas à laisser des commentaires.