paroles de chanson Kimsən Sən - Gülüstan Əliyeva
Dənizdən, səmadan, küləkdən soruşdum
Dənizdən, səmadan, küləkdən
Gözlərdən, dillərdən, ürəkdən
Arzudan, ümiddən, diləkdən
Soruşdum, hamıdan, soruşdum
Kimsən sən? Kimsən sən?
Soruşdum: Kimsən sən?
Qayanın quş qonmaz yerindən
Dünyanın açılmaz sirindən
Küçədən ötənin birindən
Soruşdum, bu axşam, soruşdum
Kimsən sən? Kimsən sən?
Soruşdum: Kimsən sən?
Yerini tapmışam izindən
Qəlbini görmüşəm gözündən
Adını öyrəndim özündən
Bəs niyə soruşdum hamıdan?
Adını öyrəndim özündən
Bəs niyə soruşdum hamıdan?
Kimsən sən? Kimsən sən?
Soruşdum: Kimsən sən?
Dənizdən, səmadan, soruşdum
Kimsən sən?

Attention! N'hésitez pas à laisser des commentaires.