Miro - Dəymə paroles de chanson

paroles de chanson Dəymə - Miro



Yanılmış həyatların içində axtarışdayam
Niyə tapıram axı orada bizi?
Silinmir günahlarım, səninlə böldüyüm həyat
Dibə batırır bax sonda bizi
Süzülmüş ömür yarım-yarım yalançı badələrə
Öldüyüm bu eşq dəyərmi bəs, de, bizə?
Sevgimiz yavaş-yavaş bu tənhalıqlı radələrə
Yaxınlaşdırırmı ayrılıq bizə?
Səndən sınıq ürək, bu eşqi öldürək
Gəl dinlə son sözümü
olar, mənə dəymə
Bu aralar da üstümə gəlmə, qürurumu əymə
Yaralarım yanır, yanır, sarım axı ilə?
Salıram ürəyimə bu sevgini
Yağış, qarlı küləklər
Bu eşqin başında bəlalar var, mənə dəymə
Yaralarım yanır, yanır, sarım axı ilə?
Salıram ürəyimə bu dərdimi
Qaranlıq içində parlayıb yanan bu işıq
Gözümə düşür, yum gözlərini
Uçurumda tək bir barmağın ucunda qalmışıq
Nədir, de, bizim son sözlərimiz?
Darıxıb qucaq-qucaq bizik bu sevginin özü
Niyə indi heç kim anlamır bizi?
Qorxma, gəl qaçaq, görür, ya tormu sevginin gözü?
Yox edib axı artıq ayrılıq bizi
Səndən sınıq ürək, bu eşqi öldürək
Gəl dinlə son sözümü
olar, mənə dəymə
Bu aralar da üstümə gəlmə, qürurumu əymə
Yaralarım yanır, yanır, sarım axı ilə?
Salıram ürəyimə bu sevgini
Yağış, qarlı küləklər
Bu eşqin başında bəlalar var, mənə dəymə
Yaralarım yanır, yanır, sarım axı ilə?
Salıram ürəyimə bu dərdimi




Miro - Dəymə - Single
Album Dəymə - Single
date de sortie
20-03-2024




Attention! N'hésitez pas à laisser des commentaires.