Miro - Soyuducu paroles de chanson

paroles de chanson Soyuducu - Miro



Bu sevgi xoş gün vermədi mənə
Qara palçıq, boş üz qarası
Bizi itirən itirib onsuz
İcazə vermərəm mən, axtarıb-arasın
Mən kədərəm, gəlsən, gedərəm
Bəlkə də, səndən betərəm
Elə bil mən Bakıyam
Dərdlərin üzərimə hörülən bir Qız qalası
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim dönmür axı, deyə ki, dayan
olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim dönmür axı, deyə ki, dayan
olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm
Bu yorğun gözlərimi, günlər keçib, ay keçib
Mən hələ yummamışam
yox dərdimə yananım
Hərdən eşidilir səsi güzgülərin danışan
Bu, sənin əsərin, bu, sənin uğurun
Bu, məni yox edir, amma səni doğurur
Buraxır əlimi yarıda yolun
Toxuna bilim necə əlinə onun?
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim dönmür axı, deyə ki, dayan
olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm
Mən ürəyimi soyuducunun içinə atım
Elə bəlkə donar? Sənə belə soyuyar?
Ya uca bir dağ tapım, üzərinə çıxım, qışqırım
Olarmı, de, səsimi duyan?
Bu lənətə gəlmiş yuxudan oyan
Dilim dönmür axı, deyə ki, dayan
olur, olsun, səni hələ sevirəm
Özümdən çıxdım, sənə gəlirəm
Bu gün bütün pəncərələri açıb səni gözləyəcəm
Bir əsinti ya yağış
Bəlkə bir ağacdakı son yarpaq kimi
Hansı cisimdə olursan, ol
İstəsən, ruhsuz, ya da qanlı-canlı
Necə istəyirsən, elə gəl
Bunu bil ki, heç cür sənsiz olmur
mən, ürəyim sənə soyumur




Miro - Soyuducu - Single
Album Soyuducu - Single
date de sortie
05-07-2024




Attention! N'hésitez pas à laisser des commentaires.