PRoMete - Bir Də Başdan (Remastered) paroles de chanson

paroles de chanson Bir Də Başdan (Remastered) - PRoMete



Bir Başdan
Skit
(Xəstə - Uğur İbrahimli, Həkim Rəşad Kərimli):
Xəstə: Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm. Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm.
Həkim: Hıh, sən? razılaşma? Axı sən...
Xəstə: Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta qədər heç istəməmişəm. Birinci dəfədir, sizdən bir şey istəyəcəm... son dəfə. Söz verirəm, son dəfə!
Həkim: Yaxşı, buyur...
Xəstə: Nolar, hər şeyi geri qaytarın!.
Həkim: Başa düşmədim!
Xəstə: Mən başdan başlamaq istəyirəm...
Həkim: Aparın bunu öz palatasına!
Xəstə: Söz verirəm, hər şey başqa cür olacaq...
Həkim: Aparın bunu!
Xəstə: Mənə inanın...
(PRoMete):
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir başdan,
Ya da elədiklərini silmək bacarığı olaydı, kaş ki, yaddaşdan.
ürəklər olardı onda buz parçası, oynanılardı oyunlar,
anlaşılmazlıqlar olardı, ki, heç kimdə olmazdı baş daşdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir başdan.
Beləcə sərhədlər yığışardı, olmazdı möhkəmdən-yavaşdan.
Ya da məftillərdən körpülər tikilərdi, tikanlar sökülərdi,
Aralı qalmazdı bir heç vaxt qardaş qardaşdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir başdan.
Onda evim olardı çox sadə, ya taxtadan, ya da qamışdan!
Hər şeyi özümə dərd eləməzdim, dəli olardım, dərdimi çəkərdilər,
Ya da özümü öldürərdim bu sosial quruluşlar qurulmamışdan.
Necə asan olardı, hər şeyi almaq olsaydı geriyə bir başdan.
Dilinizi yalandan təmizlərdim, içinizi qorxudan-təlaşdan.
Başa salmağa çalışardım ki, adəm övladı bu cür hərəkətlər yaraşmaz,
Ya da olmasa, göyərçin olub sizi qurtarardım bu qanlı savaşdan.
Necə asan olardı, hər bir addımımda tutan olsaydı əlimdən.
Düşünsəydilər yerimə, ən xoş sözləri desəydilər amma dilimdən.
Yəqin, bu, ən unudulmaz hiss olardı, hər kəsə özü qədər doğma görünmək.
Amma bacara bilmirəm mən palaza bürünüb elnən sürünmək.
Necə asan olardı, istəyəndə çönüb olmaq insan yox, kölgə,
Hər kəsi mümkün olsaydı sezmək, səni mümkün olmasaydı görmək.
Hamıya ürəyimdən keçəni deyərdim onda çəkinmədən, bəlkə?!
Qorxutmazdı məni hədə, qorxu, ki, heç bir təhlükə.
Necə asan olardı, istəmədiyin səsləri mümkün olsaydı, söndürmək,
Ya da xoş olmayan xatirələri bir anda boğub, məhv edib öldürmək!
Onda olmazdı yer üzündə cinayətlər, cəzalar, türmə,
gözüyaşlılar olmazdı, qəmlilər, asan olardı güldürmək.
Necə asan olardı, hər cümlədə olmasaydı bir cümlə sətiraltı,
Lap körpə uşaq kimi tərtəmiz olardı onda bu şüuraltı.
Yuxuları gecələr rahat yatardıq, Nağıl kimi bir ömür yaşardıq,
Lap sonda da kimsə göydən üç dənə qırmızı alma atardı!
Həkim: Kimin növbəsidir?



Writer(s): Parviz Promete Isagov


PRoMete - Sinqllar (2006-2015) [Remastered]
Album Sinqllar (2006-2015) [Remastered]
date de sortie
04-07-2016

1 Günəş Şəhəri - Remastered
2 O Dönəcək (Demo Home Recording) - Remastered
3 Sən Kimsən - Remastered
4 Labirint - Remastered
5 Mahnılar Bilir Kimə Yazılır - Remastered
6 H.O.S.T'U Qovun - Remastered
7 Inanma - Remastered
8 O Dönəcək - Remastered
9 Ritm'I Tasavvuf - Remastered
10 Adını Günəş Qoyacaq - Remastered
11 Dinlə Və Yoz - Remastered
12 Mən Dəyişəcəm - Remastered
13 Sərhədlər Var - Remastered
14 Bəstəkar - Remastered
15 Dövr'I Intihar - Remastered
16 Qurtul - Remastered
17 Oyun (feat. Ayka & Orkhan Zeynalli) [Remastered]
18 Bir Də Başdan (Remastered)
19 Tanqo (Remastered)
20 Pəncərə (feat. Orkhan Zeynalli) [Remastered]
21 40-Сı Qapı (Alterego H.O.S.T) [feat. Orkhan Zeynalli] [Remastered]
22 Boyfriend & Girlfirend (Remastered)
23 Bura Bakıdır (feat. Miri Yusif) [Remastered]
24 Pıçıltı (Remastered)
25 Biləcəridən O Tərəfə (Bonjour Glamour) [feat. Səbinə Babayeva] [Remastered]
26 Məsafə (feat. Səbinə Rəhimova) [Remastered]
27 Sözü At (feat. Albay Əfəndi & Monk Sommbra) [Remastered]
28 Show Must Go On (feat. Sailor) [Remastered]
29 Mikrofon Biznesi (feat. Sailor) [Remastered]
30 #Icmal1 (Remastered)
31 Illuziya (Bonus Track) [feat. Orkhan Zeynalli & Səbinə Rəhimova] [Remastered]




Attention! N'hésitez pas à laisser des commentaires.