Qara Dərviş - Sərxoş paroles de chanson

paroles de chanson Sərxoş - Qara Derviş



Mənasız, dağınıq, parça-parça səhifələr
Yarımçıq bitmədən tükənmiş boş kəlmələr
Unudulmuş beynimdəki ən zərif zərrələr
Yaşanmış, yaşanmadan bitsəydi o zirvələr
Sən yoxsan...
Titrəyən əllərin o ürkək duyğularla
Parçalar daşların qəlbimin dalğalarla
Yalvarır dizin-dizin, sürünüb arzularla
Gülümsə, təbəssümün üsyanım qara torpağa
Sən yoxsan, sən yoxsan...
İtirdim beynimin zülmət qaranlığında
Əks oldun kirlənmiş köhnə divarlarımda
Qocaldım, sərxoşdun
Düşmədin, quruyub qaldın budaqlarımda
Pozulmuş sətir kimi ömür varaqlarımdan gecikdin, mən yoxdum



Writer(s): Hikmat Poladzade


Qara Dərviş - Sərxoş
Album Sərxoş
date de sortie
12-05-2009



Attention! N'hésitez pas à laisser des commentaires.