Rasim Müzəffərli - Neçə paroles de chanson

paroles de chanson Neçə - Rasim Müzəffərli



Səhərim toranlıq, axşamım gecə
Çoxalan çoxluğum çevrilir heçə
Doğuldum təhər, öləcəm necə?
Qalıbdır neçə il, neçə gün, neçə?
Qalıbdır neçə il, neçə gün, oo neçə?
Bu günüm dünənə dirənib, mənim
Çölüm dostum olub, içim düşmənim
Baharım gəlmədən solub səmənim
Qalıbdır neçə il, neçə gün, neçə?
Qalıbdır neçə il, neçə gün, oo neçə?
Var-dövlət içində bir dilənçiyəm
Bilmirəm hardanam, kiməm, nəçiyəm
Məni kimlər aldı, satdı neçəyə?
Qalıbdır neçə il, neçə gün, neçə?
Əkdiyim arpanı biçə bilmirəm
Arazın suyundan içə bilmirəm
Yadigar körpümdən keçə bilmirəm
Qalıbdır neçə il, neçə gün, neçə?
Qalıbdır neçə il, neçə gün, oo neçə?
Var-dövlət içində bir dilənçiyəm
Bilmirəm hardanam, kiməm, nəçiyəm
Məni kimlər aldı, satdı neçəyə?
Qalıbdır neçə il, neçə gün, neçə?
Məni kimlər aldı, satdı neçəyə?
Qalıbdır neçə il, neçə gün, oo neçə?




Rasim Müzəffərli - Neçə - Single
Album Neçə - Single
date de sortie
01-12-1988

1 Neçə




Attention! N'hésitez pas à laisser des commentaires.