Sövkət Ələkbərova - İlk Bahar paroles de chanson

paroles de chanson İlk Bahar - Sövkət Ələkbərova



Yenə gəldi ilk bahar, yaz gülə-gülə
Bu qədər, gəl etmə, yar, naz gülə-gülə
Səni sevdim qəlbimlə, ey gözəl pəri
Mənə söylə bir şirin söz gülə-gülə
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Cavan ömrüm şad olar, səslər dünyanı
Qara qaşın, üzün olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən?
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Açılıb hər yan çiçək, bax, gözəl-gözəl
Telinə əlvan çiçək tax gözəl-gözəl
Yanıram hicrinlə mən, dön sərin suya
Ürəyimə sel kimi ax gözəl-gözəl
Mən aşiq, gələr yarım
Dərdimi bilər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
İnanıram, dərmanımı
Eyləyər yarım
Cavan ömrüm şad olar, səslər dünyanı
Qara qaşın, üzün olum qurbanı
Niyə məndən gizlədirsən eşqini sən?
Mən aşiq, bəndəm gülə
Bülbüləm, bəndəm gülə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Xəstəyəm, qalıb əlacım
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə
Bir şirin dilə



Writer(s): Tofiq Quliyev, Zeynal Cabbarzade


Attention! N'hésitez pas à laisser des commentaires.