Tofig Hajiyev - Yağış Yağdı paroles de chanson

paroles de chanson Yağış Yağdı - Tofig Hajiyev



Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladım?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç çalışmadım
Düşüncələr içində qaldım ümidsiz, çarəsiz
Səninlə olmaq çətin, mümkün deyil sənsiz
Özüm bilmədən asılı qaldım səndən
Uzaqlaşıb getdin xəbər vermədən
Soyuqda, tufanda, yalnız qaldığım günlərdə
Yanımda sən vardın, indi sənsiz açır səhər
Tikanlı cümlələr, qəlb qıran kəlmələr
İndi qalıb geriyə bir ovuc xatirə
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladım?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı...
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladım?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç çalışmadım
Görüş yeri, çiskin hava, mahnılar qəmgin
Daha bircə ümid yox, bütün ağrılar mənim
Səninsə qəlbində gizlində, dərində
Xəyanətin izləri gəzir, bitdi sevgin
Soyuqda, tufanda, yalnız qaldığım günlərdə
Yanımda sən vardın, indi sənsiz açır səhər
Tikanlı cümlələr, qəlb qıran kəlmələr
İndi qalıb geriyə bir ovuc xatirə
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladım
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı...
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladım
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç çalışmadım
Yağış yağdı...
Yağış yağdı...



Writer(s): şamil Məmmədov


Tofig Hajiyev - Yağış Yağdı
Album Yağış Yağdı
date de sortie
20-10-2021




Attention! N'hésitez pas à laisser des commentaires.