Vasif Məhərrəmli - Havalanmış Bir Adam paroles de chanson

paroles de chanson Havalanmış Bir Adam - Vasif Məhərrəmli



Yığılır xatirələr bir yerə
Fikrim dağılır
Ölür əvvəlki ümidlər
Yeni hicran doğulur
Xəbərin yox ki sənin
Hər gecə sənsiz boğulur
Havasız dar bir otaqda
Havalanmış bir adam
Xəbərin yox ki sənin
Hər gecə sənsiz boğulur
Havasız dar bir otaqda
Havalanmış bir adam
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Sən ki getdin, səhərim
Döndü ümidsiz sabaha
Anladım ki, bu ürək
Təkliyə məhkumdur daha
Sanki bir eşq savaşından
Sarılıb boş silaha
Sürünürdü ürəyindən
Yaralanmış bir adam
Sanki bir eşq savaşından
Sarılıb boş silaha
Sürünürdü ürəyindən
Yaralanmış bir adam
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Kimi sevsin bu ürək?
Eşq onu min dərdə salıb
Gələcək üçün bir ümid yox
O da keçmişdə qalıb
Hələ sənsiz adam
Sənli zamanlarda qalıb
Kimə lazımdır bu qismətdə
Yaşanmış bir adam?
Kimə lazımdır bu qismətdə
Yaşanmış bir adam?
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Sən vəfasızlıq edib
Eşqini danmış bir adam
Mən öz əhdimdə
Sədaqətlə dayanmış bir adam
Sən bu sevda ocağından
Üzü soyuyan birisən
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam
Mən bir həsrət soyuğunda
İçi yanmış bir adam





Attention! N'hésitez pas à laisser des commentaires.